Ilin son oyunu

🕔2015-12-18 01:42:12

Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 2015 ilinin son oyunları keçiriləcək. İkinci dövrənin Vlll turu çərçivəsində "Lokomotiv" "Azərreyl"ə üz-üzə gələcək.

İlk dövrədə ki, oyunda quru hesabla qalib gələn Fransua Slvagninin komandası bu qələbənin təsadüfü olmadığını sübuta yetirməyə çalışacaq. Son oyunlarda zəif təsir bağışlayan "dəmiryolçular" ilin son oyunun qalib başa vuraraq Milad bayramını qeyd etmək üçün öz ölkələrinə yüksək əhval ruhiyyədə yollanmağı düşünürlər.

Qeyd edək ki, hər iki komanda 8 oyundan sonra 16 xalla turnir cədvəlinin zirvəsini bölüşürlər.

19 dekabr

VIIl tur

17-00. “Azərreyl” – “Lokomotiv” 

“Azərreyl” İdman Bazası

İlk dövrə: “Lokomotiv” – “Azərreyl” – 3:0 (26:24, 25:16, 25:23)

 

Xəbərlər Paylaş