Quru hesablı məğlubiyyət

🕔2015-12-19 15:10:43

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında "Lokomotiv" növbəti oyununu keçirib. Rəqib ölkə voleybolunun flaqmanı sayılan və ÇL-də "dəmiryolçularla" eyni qrupda yer alan "Azərreyl" olub. Oyun Bülənt Karslıoğlunun yetirmələrinin "quru" hesablı qələbəsi ilə başa çatıb.

 

Bu matçla 2015-ci ilə yekun vurulub və komandalar qış fasiləsinə yollanıb.

 

 Hər üç hissədə rəqibindən üstün olan "Azərreyl" bu qələbə sayəsində turnir cədvəlinin ilk pilləsinə yüksəlib. 

 

Voleybol üzrə Azərbaycan Super Liqası

Vlll tur

19 dekabr

“Lokomotiv” – “Azərreyl” - 0:3 (22:25, 13:25, 20:25)
“Azərreyl” İdman Bazası

İlk dövrə: “Azərreyl” - “Lokomotiv” - 0:3 (24:26, 16:25, 23:25)

Xəbərlər Paylaş