Dünyaca ünlü məşqçi "Lokomotiv"də.

🕔2015-12-24 01:47:13

Azərbaycan Superliqasında və Çempionlar Liqasinda keçirdiyi son oyunlarda alınan ardıcıl məğlubiyyətlər sonucunda "Lokomotiv"də məşqçi dəyişikliyi baş tutub. Komandanın mətbuat xidmətinin məlumatına görə, italyan Fransua Salvagnidən boşalan baş məşqçi postuna digər italyan mütəxəssis - dünyaca ünlü məşqçi Karlo Parisi gətirilib.

45 yaşlı italyan mütəxəssis 2014-2015 sezonunda gənclərdən qurduğu "Busto Arsizio" Yamamay klubunu Çempionlar Liqasının finalına daşıyaraq adından söz etdirmişdi.

"Dəmiryolçuların" sükanı arxasına keşməzdən öncə 11 il İtaliyanın məhşur klubu olan "Busto Arsizio" Yamamayı çalışdıran təcrübəli mütəxəssis 2012-ci ilin fevral ayından eyni zamanda Çexiya millisinə də başçılıq edir.

Artıq Parisi ilə rəsmi müqavilə imzalayan klub rəhbərliyi italyan mütəxəssisdən Çempionlar Liqasının "dördlər" finalına vəsiqə və Superliqada çempionluq qazanmasına böyük ümüdlər bəsləyir.

Xəbərlər Paylaş