"Lokomotiv" üçün ukraynalı

🕔2016-01-14 13:59:24

Qadın voleybolçular arasında Çempionlar Liqasının V turu üçün hakimlər açıqlanıb. Bu turda "Azərreyl"lə qarşılaşacaq "Lokomotiv" matçı idarə edəcək ədalət təmsilçilərini tanıyıblar.

 

Avropa Voleybol Konfederasiyası “Azərreyl” – “Lokomotiv” görüşünü ukraynalı Andrey Kovalçuka həvalə edib. Yanvarın 19-na təsadüf edəcək Bakı derbisində ikinci hakim funksiyasını Aleksandr Vinaliyev (Bolqarıstan) yerinə yetirəcək.

Xəbərlər Paylaş