Növbəti mərhələ uğrunda mübarizə.

🕔2016-01-18 05:55:23

Sabah qadın voleybolçular arasında Çempionlar Liqasının V turu çərçivəsində "Lokomotiv" növbəti oyununa cıxacaq. Bu turda "Azərreyl"lə qarşılaşacaq "Lokomotiv" qələbə qazandığı təqdirdə qrup mərhələsini adlayaraq pley-offa vəsiqəni təmin etmiş olacaq.

Flaqmanla ilk qarşılaşmada 3-1 hesabı ilə qalib gələn "dəmiryolçular" bu qələbənin təsadüf olmadığını sübut etməlidirlər.

Superliqada və ÇL-nin son turunda aldığı məğlubiyyətlər üzündən komandadan uzaqlaşdırılan Slvagninin yerinə keçmiş olan dünyaca ünlü digər italyan mütəxəssis Karlo Parisi "Lokomotiv"in sükanı arxasında ilk rəsmi matçında qələbə qazanmaq əzmindədir.

Qeyd edək ki, oyun dekabrın 19-u saat 18:00-da Dərnəgüldə yerləşən "Azərreyl" Arenada başlayacaq.

Xəbərlər Paylaş