"Lokomotiv" pley-offda , Parisidən möhtəşəm debüt.

🕔2016-01-19 12:42:54

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasında V turun oyunlarına start verilib. Bu tur Azərbaycan derbisi ilə yadda qalıb.

 

Super Liqada bir-birinə rəqib olan “Azərreyl”lə “Lokomotiv” növbəti dəfə avrokubokda üz-üzə gəliblər. Qarşılaşma Karlo Parisinin yetirmələrinin inamlı qələbəsi ilə yekunlaşıb.

 

İlk setdə oyunu alınmayan "dəmryolçular" setin sonuna kimi özünə gələ bilmədi və seti üzgün başa vurdu. 21-25

İkinci set isə Karlo Parisinin dahi məşqçi olmasına heç bir şübhə yeri qoymadı. Belə ki, dördüncü zona oyunçusu Hana Çuturanı oyundan alan italyan mütəxəssis komandaya bu gün qoşulan və komandayla hələ məşqə çıxmayan , "Lokomotiv"in yeni transferi amerikalı oyunçu Sonya Nyukombu oyuna daxil etdi və bu əvəzetmə setin və oyunun taleyini həll etmiş oldu. 25-22

Üçüncü setdə "dəmiryolçuların" üstünlüyü şəraitində keçdi və sonda sevinən tərəf yenə komandamız oldu. 25-15

Dördüncü set isə sonuncu və Bülənt Karslıoğlunun komandasının fiaskosu oldu. 25-14

 

Bu qələbə “Lokomotiv”in pley-offa çıxmasını da rəsmiləşdirib. Karlo Parisi avrokubokda debüt görüşündə komandasına 3 xal qazandırdığından son matç onlar üçün formal xarakter daşıyacaq. Əvəzində “Azəryol” Çempionlar Liqası ilə vidalaşıb. Qrupumuzda yer alan Kazan “Dinamo”su bu hüquqa IV turda yiyələndiyindən, “dəmiryolçular” özləri kimi 3 xala malik “Ştutqart”la (Almaniya) mübarizəni CEV kuboku uğrunda davam etdirəcəklər.

 

Qeyd edək ki, “Ştutqart” sabah “Dinamo” ilə, yanvarın 27-də “Azərreyl”lə oynayacaq. Onlar hər 2 görüşü qazansa belə set fərqində “Lokomotiv”dən geri qalacaqlar.

 

Çempionlar Liqası

V tur

 

19 yanvar

A qrupu

“Azərreyl” (Azərbaycan) – “Lokomotiv” (Azərbaycan) - 1:3 (25:21; 22:25; 15:25; 14:25)

Hakimlər: Andrey Kovalçuk (Ukrayna), Aleksandr Vinaliyev (Bolqarıstan)

Bakı, “Azərreyl” İdman Bazası

Xəbərlər Paylaş