Parisinin Superliqada debütü.

🕔2016-01-21 00:48:31

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında yaranan fasilə bu gün başa çatır. Üçüncü dövrənin ilk oyunu üçün "Lokomotiv" bugün "Gənclik"lə üz-üzə gələcək.

İlk iki dövrədə gənclərdən qurulan Vüqar Əliyevin yetirmələri "dəmiryolçular" qarşısında aciz qalmışdı. Lakin son turda gözlənilmədən "Azəryol"a qalib gələrək Superliqanın sensasiyasına imza atan "gənclərin" komandamızdan bir set almaları növbəti sensasiya sayılmış olacaq.

Bu qarşılaşma italyan mütəxəssis Karlo Parisinin Superliqada debüt oyunu kimi də tarixə düşmüş olacaq.

Qeyd edək ki oyun saat 16;00-da komandamızın Biləcəri qəsəbəsində yerləşən İdman Bazasında başlayacaq.

 

21 yanvar

XV tur

16-00. “Lokomotiv” – “Gənclik” 

Biləcəri İdman Bazası

 

İlk dövrə: "Lokomotiv” – “Gənclik” - 3:0 (25:16; 25:10; 26:24)

İkinci dövrə: “Lokomotiv” - “Gənclik” - 3:0 (25:12; 25:23; 25:13)

Xəbərlər Paylaş