Asan qələbə.

🕔2016-01-21 10:57:44

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında III dövrənin oyunlarına start verilib. Superliqanın ikinci yarısı “Lokomotiv” və “Gənclik”in görüşü ilə başlayıb.

 

 Karlo Parisinin Super Liqada debütü ilə əlamətdar olan qarşılaşma “Lokomotiv”in asan qələbəsi ilə yekunlaşıb.

 

Çempionlar Liqasında “Azərreyl”i məğlub etməklə pley-offa vəsiqə qazanan təcrübəli mütəxəssis gənclərdən qurulan “Gənclik”lə görüşdə də 3 xala sevinib. Oyunda əsasən ikinci heyətə şans verən italyan mütəxəssis seçimində yanılmayıb.

 

 

21 yanvar

XIV tur

“Lokomotiv” – “Gənclik” - 3:0 (25:18; 25:12; 25:15)

Biləcəri İdman Bazası

 

İlk dövrə: “Gənclik” - “Lokomotiv” - 0:3 (16:25; 10:25; 24:26)

İkinci dövrə: “Gənclik” – “Lokomotiv” - 0:3 (12:25, 23:25, 13:25)

Xəbərlər Paylaş