Gözlənilən qələbə.

🕔2016-01-23 08:43:01

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında bu gün daha 1 oyun keçirilib. Günün yeganə görüşündə “Tbilisi” “Lokomotiv”lə üz-üzə gəlib.

 

Sabah daha bir görüş keçirdikdən sonra yenidən vətəninə qayıdacaq gürcülər ən azı bir set qazanmağa çalışsalar da, bunu bacarmayıblar. Daha doğrusu, əsasən ikinci heyət oyunçularına güvənən “dəmiryolçular” onların arzularının həyata keçməsinə imkan verməyiblər.

 

İlk seti 18 top irəlidə bitirən komanda ikinci hissədə də qalib gəlmək üçün ciddi çətinlik çəkməyib. Üçüncü set isə sonuncu olub. Bu dəfə “Tbilisi”yə cəmi 14 top verən “Lokomotiv” qarşılaşmanı 3:0 hesabı ilə xeyrinə bitirib.

 

.

23 yanvar

X tur

“Tbilisi” – “Lokomotiv” 0:3 (7:25; 8:25; 14:25)

Voleybol Federasiyasının idman zalı

 

İlk dövrə: “Tbilisi” - “Lokomotiv” - 0:3 (11:25; 16:25; 8:25)

Xəbərlər Paylaş