Ruslarla oyuna yunan hakim.

🕔2016-01-23 15:57:42

Avropa Voleybol Konfederasiyası Çempionlar Liqasının qrup mərhələsinin Vl turunu idarə edəcək hakimlər briqadasını açıqlayıb. Yarışda mübarizə aparan "Lokomotiv" klubu da ədaləti qoruyacaq referiləri tanıyıb.

 

Belə ki, yanvarın 27-də keçiriləcək “Lokomotiv” (Azərbaycan) - Dinamo (Kazan, Rusiya) matçı yunanıstanlı Satirios Delikostodisə həvalə edilib. Ona köməklik etmək Aqniejka Mixliçə (Polşa) tapşırılıb.

Xəbərlər Paylaş