"Lokomotiv" revanş arzusunda.

🕔2016-01-26 06:36:49

Sabah qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulacaq. Pley-offa vəsiqəni təmin edən 2 komanda - “Lokomotiv”lə Kazan “Dinamo”su üz-üzə gələcək. 

 

İlk turda Kazanda məğlub olan "dəmiryolçular" revanş almaq niyyətindədir. Növbəti mərhələyə vəsiqəni təmin etdiyindən Karlo Parisi ikinci heyətlədə mübarizə apara bilər.

Xatırladaq ki, qrupun digər oyununda "Azərreyl" Almaniya "Ştutqart"ı ilə üz-üzə gələcək. Qalib komanda CEV kubokunda mübarizəni davam etdirəcək.

 

 

 

VI tur

27 yanvar

A qrupu

18:00. “Lokomotiv” (Azərbaycan) – “Dinamo” (Kazan, Rusiya)

Hakimlər: Sotirios Delikostidos (Yunanıstan), Miçlik Aqniejka (Polşa)

Bakı, “Azərreyl” İdman Bazası

Xəbərlər Paylaş