"Lokomotiv" qisas aldı.

🕔2016-01-27 15:24:50

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində VI turun oyunları baş tutub.Bakının “Lokomotiv” klubu Kazan “Dinamo”sunu qəbul edib.

 

Hər 2 komanda pley-offa vəsiqə qazanmaqla yanaşı, turnir cədvəlində mövqeyini də təmin etdiyindən görüş formal xarakter daşıyıb.

 

Qarşılaşmada komandamızın üstün oyun nümayiş etdirərək hər üç seti qalib başa vuraraq , qrup mərhələsinin ilk turunda 3-1 hesablı məğlubiyyətin əvəzini artıqlamasıyla çıxmış oldu.

Xatırladaq ki, qrupun digər matçında Almaniya "Ştutqart"ı ölkəmizi təmsil edən "Azərreyl"ə 3-0 hesabı ilə qalib gələrək mübarizəni CEV kubokunda davam etdirəcək. "Azərreyl" isə avrokuboklarla vidalaşmalı oldu. 

 

VI tur

27 yanvar

A qrupu

“Lokomotiv” (Azərbaycan) – “Dinamo” (Kazan, Rusiya) - 3:0 (25:16; 25:21, 25:23)

Hakimlər: Sotirios Delikostidos (Yunanıstan), Miçlik Aqniejka (Polşa)

Bakı, “Azərreyl” İdman Bazası

Xəbərlər Paylaş