"Lokomotiv"in rəqibi "Volero" oldu.

🕔2016-01-28 06:37:30

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının püşkü atılıb. Avropa Voleybol Konfederasiyasının mənzil-qərargahı Lüksemburqda baş tutan mərasimdə Bakının “Lokomotiv” klubunun da rəqibinin kimliyinə aydınlıq gəlib.

 

Komandamızın bəxtinə 1/6 finald İsveçrə çempionu və heyətində millimizin oyunçusu Natalya Məmmədovanın da çıxış etdiyi "Volero" kulubu düşüb.

İlk oyun fevralın 9-11 aralığında Bakıda, cavab qarşılaşması isə 23-25 fevralda İsveçrədə baş tutacaq.

Qeyd edək ki, "Lokomotiv" qalib gəlib növbəti mərhələyə keçərsə ,növbəti mərhələdə "Vakıfbank" - "Eczaçıbaşı" cütünün qalibi ilə "dördlər finalı"  uğrunda mübarizə aparacaq.

 

1/6 final

“Lokomotiv" (Azərbaycan) - "Volero" (İsveçrə)

Xəbərlər Paylaş