Avropanın bombardiri - Aneta Havliçkova!

🕔2016-01-29 02:48:14

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin statistik göstəriciləri açıqlanıb. Qitənin ən mötəbər klub turnirində “Telekom”, “Lokomotiv” və “Azərreyl”lə təmsil olunan Azərbaycan klublarının heyətində ən yaxşı göstərici yenə Aneta Havlikovaya məxsusdu.

 

Digər 2 komanda ilə müqayisədə pley-offa yüksələn “Lokomotiv”də çıxış edən Çexiya millisinin hücumçusu bombardirlər siyahısına başçılıq edir. Komandasının kapitanı 6 görüşün 22 setində 122 xal toplayıb. O, ən yaxın izləyicisi Natalya Obmoçayevanı (“Dinamo”, Moskva) cəmi 1 xal qabaqlayır. 

Xəbərlər Paylaş