Yenə yunan hakim.

🕔2016-02-02 04:27:49

“Lokomotiv”in Çempionlar Liqasının pley-off mərhələsində ki, ilk oyunun vaxtı və hakimləri dəqiqləşib. Komandanın mətbuat xidmətinin məlumatına görə, “dəmiryolçular” İsveçrənin “Volero” klubu ilə 1/6 finalın ilk matçına fevralın 10-da çıxacaqlar.

 

“Azərreyl” İdman Bazasından baş tutacaq qarşılaşma saat 18:00-da başlayacaq.

 

Qeyd edək ki, matçı idarə etmək yunanıstanlı Vaudoiris Konstantinosa həvalə edilib. Ona köməklik etmək isə Barnstrof Ralfa (Almaniya) tapşırılıb. Oyunun komissarı isə Çexiya Voleybol Federasiyasından Jiri Qottvalddı.

Xəbərlər Paylaş