Parisi qələbə seriyasını davam etdirmək istəyir

🕔2016-02-03 02:41:16

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XI turun daha bir matçı keçiriləcək. “Azərreyl” İdman Bazasında baş tutacaq görüşdə “Lokomotiv” “Telekom”la üz-üzə gələcək.

 

Qarşılaşmada qalib gələrək Superliqada və ÇL-də qələbə seriyasını sürdürmək üçün Parisi əlindən gələni etməyə hazırdı. Ayşən Əbdüləzimovanın yoxluğunda Superliqanın reqlamqntinə görə müəyyən çətinlik çəkəcək italyan mütəxəssis istənilən halda qələbəyə köklənib."Dəmiryolçular" qələbə qazanacağı halda liderlər qrupunda vəziyyət birazda mürəkkəbləşəcək.

 

Qeyd edək ki, oyun saat 17:00-da, Dərnəgüldə yerləşən "Azərreyl" İdman Bazasında başlayacaq.

Uğurlar LOKO!!!

 

 

3 fevral

XI tur

17:00. “Lokomotiv” – “Telekom”

“Azərreyl” İdman Bazası

 

İlk dövrə: “Lokomotiv” – “Telekom” - 1:3 (22:25; 25:15; 21:25; 25:27)

İkinci dövrə: “Telekom” – “Lokomotiv” - 3:2 (20:25; 18:25, 25:21, 25:16, 15:12)

Xəbərlər Paylaş