"Lokomotiv" "Telekom"a dərs keçdi.

🕔2016-02-03 10:49:21

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XI turun daha bir matçı keçirilib. “Azərreyl” İdman Bazasında baş tutan görüşdə “Lokomotiv” “Telekom”u sınağa çəkib.

 

Qarşılaşma italyan mütəxəssis Karlo Parisinin gəlişindən sonra möhtəşəm oyun sərgiləyən "Lokomotiv"in quru hesablı qələbəsiylə başa çatıb.

 

İlk setin əvvəlindən üstünlüyə yiyələnən "dəmiryolçular" setin sonuna kimi bu üstünlüyü qoruya bildi. 25-23

 

İkinci setdə də ssenari dəyişmədi, belə ki, hər iki texniki fasiləyə 5 top üstün yollanan Parisinin yetirmələri setin sonunda gülən tərəf oldu. 25-22

 

Üçüncü hissə isə daha gərgin alınıb. Setin sonuna kimi başa baş mübarizə aparan komandalar setin sonunda italyan mütəxəssisin taktiki gedişləri sayəsində setin və oyunun taleyini həll edib. 26-24

 

Bu qələbə sayəsində xal fərqini lider "Azərreyl"lə 2 xala, "Telekom" ilə isə 1 xala düşürən "dəmiryolçular" həm də Çempinlar Liqasının 1/6 finalinda görüşəcək olduğu İsveçrə "Volero"su ilə matça psixoloji olaraq üstün çıxmış olacaq.

 

Qeyd edək ki, Karlo Parisinin gəlişindən sonra komanda hər iki cəbhədə qalibiyyətləri sıralamaqdadır.

 

 

3 fevral

XI tur

“Lokomotiv” – “Telekom” - 3:0 (25:23; 25:22; 26:24)

“Azərreyl” İdman Bazası

 

İlk dövrə: “Lokomotiv” – “Telekom” - 1:3 (22:25; 25:15; 21:25; 25:27)

İkinci dövrə: “Telekom” – “Lokomotiv” - 3:2 (20:25; 18:25, 25:21, 25:16, 15:12)

Xəbərlər Paylaş