Növbəti mərhələ üçün ilk addım.

🕔2016-02-09 04:44:08

Sabah qadın voleybolçular arasında Çempionlar Liqasının 1/6 final mərhələsinə start veriləcək. Qitənin ən ali turnirində ölkəmizi təmsil edən yeganə komanda - "Lokomotiv" İsveçrə çempionu "Volero" ilə üz-üzə gələcək.. 

 

Karlo Parisinin komandası İsveçrə çempionatında 130 oyundu məğlubiyyətin nə olduğunu bilməyən, milli komandamızın keçmiş üzvü Natalya Məmmədovanın çıxış etdiyi kluba qarşı qalibiyyət qazanaraq İsveçrədəki oyuna yüksək əhval- ruhiyyədə yola düşmək arzusundadır.

 

Komandamızda yeganə itki millinin və komandamızın əvəzolunmaz blokçusu Ayşən Əbdüləzimovanın Türkiyədə çiynindən əməliyyat olunmasıdır.

 

Xatırladaq ki, oyun sabah saat 18:00-da "Azərreyl" İdman Arenasında baş tutacaq.

 

Uğurlar "Lokomotiv" !!!

 

 

 

 

 

1/6 final, ilk oyun

10 fevral

18:00. “Lokomotiv” (Azərbaycan) – “Volero” (İsveçrə)

Hakimlər: Konstantinos Voudouris (Yunanıstan), Ralf Barnstorf (Almaniya)

Bakı, “Azərreyl” İdman Bazası

Xəbərlər Paylaş