Avrokubok iştirakçılarının dueli.

🕔2016-02-15 05:27:07

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti tur keçiriləcək. "Lokomotiv" çempionatın sürpriz komandası olan "Azəryol"la üz-üzə gələcək.

 

Karlo Parisinin komandanın sükanı arxasına keçəndən sonra həm Superliqada həm də avrokuboklarda məğlubiyyətsiz çıxış edən "dəmiryolçular" bu oyunda da qalib gələrək "məğlubedilməzliklərin" sürdürmək niyyətindədir. "Azəryol" isə gənc yerli mütəxəssis Ziya Rəcəbovun rəhbərliyi uğurlu çıxışı sayəsində müqavimət göstərmək əzmindədir.

 

Xatırladaq ki, bu komandaların birinci və ikinci dövrədə  öz aralarında keçirdiyi oyunlarda komandalar hərəyə bir dəfə qalib gəlməyi bacarıb.

 

 

15 fevral

XII tur

19:00. “Lokomotiv” – “Azəryol”

“Azərreyl” İdman Bazası

 

İlk dövrə: “Lokomotiv” – “Azəryol” – 3:1 (25:22, 25:22, 22:25, 25:23)

İkinci dövrə: “Azəryol” – “Lokomotiv” - 3:0 (25:18, 25:19, 26:24)

Xəbərlər Paylaş