Tay-brekdə məğlubiyyət.

🕔2016-02-15 13:54:20

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti turun oyunları keçirilib. "Lokomotiv" ölkəmizi CEV kubokunda təmsil edən "Azəryol"la qarşılaşıb. Gərgin keçən matç Ziya Rəcəbovun komandasının 3-2 hesablı qələbəsiylə başa çatıb.

 

İlk setə zəif başlayan Karlo Parisinin yetirmələri setin sonuna kimi üstünlük əldə edə bilməyib və sonda üzülən tərəf olub. 16-25

 

İkinci setdə özünə gələn "dəmiryolçular" setin əvvəlindən hesabda önə keçərək sona qədər bu fərqi qoruya bilib. 25-23

 

Üçüncü set də Parisinin yetirmələrinin aşkar üstünlüyü şəraitində keçib və setin sonunda sevinən tərəf "Lokomotiv" olub. 25-18

 

Dördüncü setdə sönük oyun nümayiş etdirən komandamız seti başıaşağı tərk edib.21-25

 

Gərgin şəraitdə keçən tay-brekdə sonda uğur qazanan tərəf "Azəryol" olub. 14-16

 

15 fevral

XII tur

“Lokomotiv” – “Azəryol” - 2:3 (16:25, 25:23, 25:18, 21:25, 14:16)

“Azərreyl” İdman Bazası

 

İlk dövrə: “Lokomotiv” – “Azəryol” – 3:1 (25:22, 25:22, 22:25, 25:23)

İkinci dövrə: “Azəryol” – “Lokomotiv” - 3:0 (25:18, 25:19, 26:24)

Xəbərlər Paylaş