İkinci heyətin qələbəsi.

🕔2016-02-18 08:53:28

 

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında "Lokomotiv" növbəti oyununu keçirib. Komandanın rəqibi Gürcüstan təmsilçisi "Tbilisi" kulubu olub.  

 

Biləcəri qəsəbəsinda yerləşən "Lokomotiv" İdman Bazasında baş tutan qarşılaşmada “dəmiryolçular” asan qələbəyə seviniblər. İkinci heyətlə mübarizə aparan komandamız quru hesablı qələbə qazanıblar - 3:0. Bu qələbə "Lokomotiv"in "Azərreyl"lə xal fərqini 1-ə endirib.

 

 

18 fevral

XV tur

 

“Lokomotiv” – “Tbilisi” - 3:0 (25:11; 25:20; 25:5)

“Lokomotiv” İdman Bazası

 

I dövrə: “Tbilisi” - “Lokomotiv” - 0:3 (11:25; 16:25; 8:25)

II dövrə: “Tbilisi” – “Lokomotiv” 0:3 (7:25; 8:25; 14:25)

Xəbərlər Paylaş