"Lokomotiv" İsveçrəyə yola düşür.

🕔2016-02-22 01:43:35

Ölkəmizi qitənin ən ali turniri olan Çempionlar Liqasında təmsil eden yeganə klubumuz - "Lokomotiv" , sabah pley-off mərhələsinin cavab oyunu üçün İsveçrənin paytaxtı Sürixə yola düşür. "Dəmiryolçuların" rəqibi 10 qat İsveçrə çempionu "Volero" klubudur.

 

Bakıda keçirilən ilk qarşılaşmada 3-2 hesabı ilə qalib gələn komandamızı Sürixdə çətin sınaq gözləyir.Komandamız səfərdə istənilən hesabla qalib gəlsə 1/3 finala yüksələcək. Onlar 2-3 hesabıyla uduzarsa "Qızıl set"ə ehtiyac duyulacaq. Rəqibin 3-0 və ya 3-1 hesablı qələbəsi "Lokomotiv"in növbəti mərhələyə yolun bağlayacaq.

 

Xatırladaq ki , oyun fevralın 25-i , Bakı vaxtı ilə saat 23:00-da Sürixin Saalsporthalle Arenasında baş tutacaq.

Xəbərlər Paylaş