Tamam ya davam

🕔2016-02-25 05:16:59

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının 1/6 final mərhələsinə yekun vurulacaq. Mərhələnin son matçı İsveçrənin “Volero” və Azərbaycanın “Lokomotiv” klubları arasında baş tutacaq.

 

“Dəmiryolçular” Bakıda təşkil olunan qarşılaşmada tay-brekdə qələbə qazandıqlarından səfərdə işləri heç də asan olmayacaq. Karlo Parisinin yetirmələri səfərdə ən azı 2 hissədə qələbə qazanmalıdı. Yəni, rəqib 3:2 hesabı ilə qalib gəlsə, cütün taleyi “Qızıl set”də müəyyənləşəcək. İstənilən hesablı qələbə “Lokomotiv”i 1/3 finala yüksəldəcək.

 

Qeyd edək ki, cütün qalibi “Dördlər finalı”na vəsiqə üçün Türkiyənin “Vakıfbank” klubu ilə üz-üzə gələcək. Bu komanda İstanbulun digər təmsilçisi “Əczaçıbaşı”nı mübarizədən kənarlaşdırıb.

 

Xatırladaq ki, oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək və İdman Azərbaycan kanalı vasitəsilə canlı yayımlanacaq.

 

25 fevral

23:00. “Volero” (İsveçrə) – “Lokomotiv” (Azərbaycan)

Hakimlər: Sanya Mikloşiç (Sloveniya), Nurper Özbar (Türkiyə)

Sürix, “Saalsporthalle”

İlk oyun: “Lokomotiv” (Azərbaycan) – “Volero” (İsveçrə) - 3:2 (25:21; 22:25; 25:23; 20:25; 16:14)

Xəbərlər Paylaş