"Lokomotiv" avrokubokla vidalaşdı

🕔2016-02-25 15:58:35

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının 1/6 final mərhələsinə yekun vurulub.  "Lokomotiv" cavab qarşılaşmasında İsveçrə təmsilçisi "Volero" ilə üz-üzə gəlib. Qarşılaşma "Volero"nun 3-1 hesablı qələbəsiylə başa çatıb.

 

İlk setdə inamlı oyun nümayiş etdirən komandamız 25-21 hesabı ilə öz xeyrinə başa vursa da, növbəti setlərdə zəif təsir bağışlayaraq Avrokuboklarla vidalaşıb.

 

Sürix təmsilçisinin isə növbəti mərhələdəki rəqibi İsytanbul təmsilçisi "Vakıfbank" klubu olacaq.

 

 

25 fevral

“Volero” (İsveçrə) – “Lokomotiv” (Azərbaycan) - 3:1 (21:25, 25:18, 25:14. 25:19)

Hakimlər: Sanya Mikloşiç (Sloveniya), Nurper Özbar (Türkiyə)

Sürix, “Saalsporthalle”

İlk oyun: “Lokomotiv” (Azərbaycan) – “Volero” (İsveçrə) - 3:2 (25:21; 22:25; 25:23; 20:25; 16:14)

Xəbərlər Paylaş