"Lokomotiv" liderə qarşı.

🕔2016-03-01 01:48:28

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında IV dövrəyə start veriləcək. Dövrənin ilk oyununda "Lokomotiv" lider "Telekom"la üz-üzə gələcək.

 

Avrokuboklarla vidalaşan "dəmiryolçular" artıq çempionluq uğrunda mübarizəyə girişmək əzmindədir. Bu oyunda qələbə həm də artıq üç oyundu məğlub olan Karlo Parisinin yetirmələri üçün stimul olacaq. 

 

Qeyd edək ki, Superliqada Ayşən Əbdüləzimovanın zədəsi səbəbiylə heyətdə bəzi dəyişikliklərə əl atan italyan mütəxəssis bu oyunda da məcburiyyətdən Türkiyə millisinin üzvü - Özgə Kırdar Çəmbərcini məcburi ehtiyata göndərərək onun əvəzinə Yana Əzimovanı oynatmalıdır.

 

1 mart

XVI tur

 

17:00. “Telekom” – “Lokomotiv”

“Gənclik” Olimpiya Kompleksi

 

İlk dövrə: “Lokomotiv” – “Telekom” - 1:3 (22:25; 25:15; 21:25; 25:27)

İkinci dövrə: “Telekom” – “Lokomotiv” - 3:2 (20:25; 18:25, 25:21, 25:16, 15:12)

Üçüncü dövrə: “Lokomotiv” – “Telekom” - 3:0 (25:23; 25:22; 26:24)

Xəbərlər Paylaş