"Lokomotiv"dən liderə ağır zərbə.

🕔2016-03-01 11:52:29

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında IV dövrəyə start verilib. Dövrənin ilk oyununda "Lokomotiv" "Telekom"un qonağı olub. Gərgin keçən oyunda sonda sevinən tərəf "dəmiryolçular" olub.

 

İlk setə üstün başlayan Karlo Parisinin yetirmələri setin sonuna kimi bu üstünlüyünü qoruyub saxlaya bilib. 25-20

 

İkinci setdə özünə gələn "Telekom" toparlanaraq setin sonunda sevinən tərəf oldular. 15-25

 

Üçüncü set gərginliyi ilə yadda qaldı. Belə ki, set boyu topa top prinsipi ilə oynanan oyunda sonda meydandan qalib ayrılan "dəmiryolçular oldu. 28-26

 

Dördüncü set yenə Zoran Qayiçin yetirmələrinin hesabına yazılaraq oyunu tay-brekə daşımağı bacardılar. 22-25

 

Həlledici və sonuncu setdə gərginlik yenə davam etdi. Setin əvvəlində 4 topluq üstünlük qazanan "dəmiryolçular" bu üstünlüyü əldən verərək texniki fasiləyə 7-8 hesabı ilə geridə girdi. İtalyan mütəxəssisin tapşırıqları və taktiki gedişləri sayəsində toparlanan "Lokomotiv" seti və oyunu öz xeyrinə başa vurdu. 16-14.

 

1 mart

XVI tur

 

“Telekom” – “Lokomotiv” - 2:3 (20:25; 25:15; 26:28; 25:22; 14:16)

“Gənclik” Olimpiya Kompleksi

 

İlk dövrə: “Lokomotiv” – “Telekom” - 1:3 (22:25; 25:15; 21:25; 25:27)

İkinci dövrə: “Telekom” – “Lokomotiv” - 3:2 (20:25; 18:25, 25:21, 25:16, 15:12)

Üçüncü dövrə: “Lokomotiv” – “Telekom” - 3:0 (25:23; 25:22; 26:24)

Xəbərlər Paylaş