"Lokomotiv" asan qələbə qazandı.

🕔2016-03-03 09:01:30

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti oyun keçirilib.  XIX tur çərçivəsində “Gənclik” “Lokomotiv” ilə qarşılaşıb..

 

Görüş “dəmiryolçular”ın asan qələbəsi başa çatıb. Cütün favoriti olan Karlo Parisinin yetirmələri yalnız ilk setdə ciddi müqavimətlə üzləşiblər. Növbəti hissələrdə isə “Gənclik” təcrübəli rəqib qarşısında heç nə ilə yadda qalmayıb və 0:3 hesabı ilə uduzub.

 

3 mart

XIX tur

“Gənclik” – “Lokomotiv” - 0:3 (23:25; 12:25; 8:25)

Voleybol Federasiyasının idman zalı

 

İlk dövrə: “Gənclik” - “Lokomotiv” - 0:3 (16:25; 10:25; 24:26)

İkinci dövrə: “Gənclik” – “Lokomotiv” - 0:3 (12:25, 23:25, 13:25)

Üçüncü dövrə: “Lokomotiv” – “Gənclik” - 3:0 (25:18; 25:12; 25:15)

Xəbərlər Paylaş