"Lokomotiv" "Azəryol"a gücünü göstərdi.

🕔2016-03-15 13:05:13

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti oyunlar keçirilib. "Lokomotiv" bu turda "yolçəkənlərlə" üz-üzə gəlib. Oyun gözlənildiyi kimi gərgin və maraqlı alınıb. 

Karlo Parisinin yetirmələrinin 3-2 hesablı qələbəsidə oyunun necə gərgin keçdiyinə işarədi. İlk set topa-top prinsipiylə keçsədə sonda sevinən tərəf "dəmiryolçular olub. 25-23

İkinci set isə dahada gərgin keçib. Setin sonunda meydandan qalib ayrılan isə Ziya Rəcəbovun yetirmələri olub. 26-28

Üçüncü setdə yenə üstün oyun sərgiləyən "Lokomotiv" voleybolçuları aşkar üstünlüklə qalib gələrək ən azından bir xalı təmin etmiş oldu.25-16

Dördüncü set isə "Azəryol"un üstünlüyü şəraitində keçdi və oyun tay-brekə uzanmış oldu.17-25

Tay-brek isə daha gərgin alındı. Belə ki, 12-9 hesabı ilə irəlidə olan "dəmiryolçuların" arxayınlaşması nəticəsində "Azəryol" hesabı 13-12 öz xeyrinə çevirdi. Amma "yolçəkənlərin" gücü bundan artığına çatmadı. Ard-arda üç xal qazanan Parisinin yetirmələri seyin və oyunun taleyinə aydınlıq gətirmiş oldular. 15-13

 

15 mart

XVII tur

“Azəryol” – “Lokomotiv” - 2:3 (22:25; 28:26, 16:25, 25:17, 13:15)

“Azərreyl” İdman Bazası

 

I dövrə: “Lokomotiv” – “Azəryol” – 3:1 (25:22, 25:22, 22:25, 25:23)

II dövrə: “Azəryol” – “Lokomotiv” - 3:0 (25:18, 25:19, 26:24)

III dövrə: “Lokomotiv” – “Azəryol” - 2:3 (16:25, 25:23, 25:18, 21:25, 14:16)

Xəbərlər Paylaş