"Lokomotiv" liderə qarşı.

🕔2016-03-17 04:32:21

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti tur baş tutacaq. Bu turda "Lokomotiv" Superliqanın hazırkı lideri "Azərreyl"lə üz-üzə gələcək. 

Çempionlar Liqasında eyni qrupda mübarizə aparan komandaların duelində favorit yoxdur. Oyunun gərgin və maraqlı keçəcəyinə şübhə yoxdur. Komandalar arasında bu il baş tutan 5 görüşdə Karlo Parisinin yetirmələrənin 3:2-lik üstünlüyü var. Bu görüşdə alınacaq hər hansı nəticə komandaların turnir cədvəlindəki mövqeyinə hər hansı bir təsiri olmayacaq.

 

17 mart

XVIII tur

18:00. “Lokomotiv” – “Azərreyl”

“Azərreyl” İdman Bazası

 

I dövrə: “Azərreyl” - “Lokomotiv” - 0:3 (24:26, 16:25, 23:25)

II dövrə: “Lokomotiv” – “Azərreyl” - 0:3 (22:25, 13:25, 20:25)
III dövrə: “Azərreyl” – “Lokomotiv” - 3:0 (25:17; 25:21; 25:20)

Xəbərlər Paylaş