"Lokomotiv" liderə şou göstərdi.

🕔2016-03-17 16:58:06

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. Günün mərkəzi matçında “Lokomotiv”lə “Azərreyl” üz-üzə gəlib.

 

Görüş gözlənildiyi kimi gərgin və maraqlı keçib. ÇL-nin qrup mərhələsində də bir birinə rəqib olan komandaların duelindən yenə "Lokomotiv" qalib ayrılıb.

 

İlk setə zəif başlayan Karlo Paisinin yetirmələri setin sonuna kimi özünə gələ bilməyərək setin sonunda meydandan məğlub ayrıldılar. 21-25

İkinci setdə taktiki dəyişikliklərə əl atan İtalyan mütəxəssis seti sonda sevinən tərəf oldu. 25-21

Üçüncü setdə maraqlı alındı.Belə ki, setin axırlarına qədər hesabda üstün olan "Azərreyl" sonda qəbuldakı səhvlər nəticəsində məğlubiyyətlə barışmalı oldular.

Dördüncü setdə isə "dəmiryolçuların" əsas silahlarından biri olan Brenda Kastiliyonun zədələnməsi Parisinin bütün planlarını pozmuş oldu və buda nəticədə özünü hesabda göstərmiş oldu. 20-25

Tay-brekdə toparlanan "Lokomotiv" setin əvvəlindən üstün oyun nümayiş etdirərək setin və oyunun taleyini öz xeyirlərinə başa vuraraq, bu il dördüncü dəfə "Azərreyl"ə qalib gəlmiş oldu.

 

 

 

 

17 mart

XVIII tur

“Lokomotiv” – “Azərreyl” - 3:2 (21:25, 25:21, 25:21, 20:25, 15:11)

“Azərreyl” İdman Bazası

 

I dövrə: “Azərreyl” - “Lokomotiv” - 0:3 (24:26, 16:25, 23:25)

II dövrə: “Lokomotiv” – “Azərreyl” - 0:3 (22:25, 13:25, 20:25)
III dövrə: “Azərreyl” – “Lokomotiv” - 3:0 (25:17; 25:21; 25:20)

Xəbərlər Paylaş