Pley-off cütlərinə aydınlıq gəldi.

🕔2016-03-18 16:08:22

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının yarımfinal cütləri dəqiqləşib."Lokomotiv"in rəqibi əsas mərhələdə üçüncü yeri tutan "Telekom" olub.

 

Beləliklə, yarımfinalda “Azərreyl” “Azəryol”la, “Telekom” “Lokomotiv”lə üz-üzə gələcək. Son 2 pillədə qərarlaşan “Gənclik”lə “Tbilisi” isə vaxtından əvvəl yarışla vidalaşıblar.

 

Artıq Azərbaycan Super Liqasının həlledici mərhələlərinin keçirilmə tarixi dəqiqləşib. Yarımfinal oyunlarına martın 26-da start veriləcək.

 

Həmin gün saat 17:00-da meydana “Telekom”la və “Lokomotiv” çıxacaqlar. Bundan 2 saat sonra isə “Azərreyl” “Azəryol”u sınağa çəkəcək.

 

2 qələbəyədək davam edəcək yarımfinal seriyalarında üçüncü matça ehtiyac olarsa, həmin görüşlər martın 30-a planlaşdırılıb.

 

Üçüncü yer uğrunda və final duellərinə isə aprelin 5-də start veriləcək. 3 qələbəyə kimi olacaq seriya aprelin 7-də və 9-dakı oyunlarla davam etdiriləcək. Zərurət yaranarsa, komandaların 4-cü oyunu aprelin 14-də, 5-ci qarşılaşması isə 16-da baş tutacaq.

 

Qarşılaşmalar Bakı İdman Sarayında keçiriləcək.

 

Yarımfinal mərhələsi

26 mart

I oyunlar

17:00. “Telekom” – “Lokomotiv”

19:00. “Azərreyl” – “Azəryol”

 

28 mart

II oyunlar

17:00. “Azəryol” – “Azərreyl”

19:00. “Lokomotiv” – “Telekom”

 

30 mart

III oyunlar (ehtiyac olarsa)

17:00. “Azərreyl” – “Azəryol”

19:00. “Telekom” – “Lokomotiv”

 

Final mərhələsi

I oyunlar

5 aprel

17:00. 3-cü yer uğrunda

19:00. Final

 

II oyunlar

7 aprel

17:00. Final

19:00. 3-cü yer uğrunda

 

III oyunlar

9 aprel

17:00. 3-cü yer uğrunda

19:00. Final

 

14 aprel

IV oyunlar (ehtiyac olarsa)

17:00. Final

19:00. 3-cü yer uğrunda

 

16 aprel

V oyunlar (ehtiyac olarsa)

17:00. 3-cü yer uğrunda

19:00. Final

 

Qeyd edək ki, çempionatın əsas hissəsi martın 20-də başa çatacaq.

Xəbərlər Paylaş