Pley-off da ilk sınaq.

🕔2016-03-26 05:15:07

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının həlledici mərhələsinə start verilir. Bu mərhələdə "Lokomotiv" bu gün ilk oyununa çıxacaq. Rəqib "Rabitə" klubunun "varisi" "Telekom"dur.

 

Superliqanın əsas mərhələsinin ilk dörd dövrəsində hərəyə iki qələbə qazanan komandaların qarşılaşmasında favorit Karlo Parisinin yetirmələri sayılır. Gənc heyətlə çıxış etməsinə baxmayaraq "Telekom" da sürpiriz etməyə çalışacaq.

 

2 qələbəyədək davam edəcək yarımfinal seriyaların ilk oyunları Bakı İdman Sarayında keçiriləcək. Qalib gələcək komandalar finala doğru ilk addımını atacaq. Çünki artıq 2 gündən sonra baş tutacaq matçdakı qələbə həmin komandanı həlledici duelə daşıyacaq.

 

Qeyd edək ki, komandalar ikinci görüşlərini martın 28-də keçirəcəklər.

 

Yarımfinal mərhələsi

26 mart

I oyun

17:00. “Lokomotiv” - “Telekom”

İdman Oyunları Sarayı

Xəbərlər Paylaş