"Lokomotiv" işini çətinə saldı.

🕔2016-03-26 18:02:40

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının həlledici mərhələsinə start verilib. "Lokomotiv" bu mərhələdə ilk oyununa çıxıb. Gözlənilənlərin əksinə olaraq "dəmiryolçular" ilk oyunda "Telekom"a 1-3 hesabı ilə məğlub olub.

 

İlk iki setdə zəif təsir bağışlayan Karlo Parisinin yetirmələri üçüncü setdə toparlanaraq qalib gəlsədə bundan artığına gücü çatmayıb. Bu məğlubiyyət sayəsində "Lokomotiv" işini çətinə salsa da növbəti iki görüşdə qalib gələrək adını finala yazdırmalı olacaq.

 

Qeyd edək ki, komandalar ikinci görüşlərini martın 28-də keçirəcəklər. Əgər ikinci görüşdə "dəmiryolçular" qalib gələrsə növbəti - həlledici oyun martın 30-da keçiriləcək.

 

Yarımfinal mərhələsi

26 mart

I oyun

“Lokomotiv” - “Telekom” - 1:3 (16:25, 15:25, 25:20, 21:25)

Xəbərlər Paylaş