"Lokomotiv" qisas arzusunda.

🕔2016-03-28 04:43:46

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında yarımfinal mərhələsinin ikinci oyunları keçiriləcək. "Lokomotiv" ikinci oyunda "Telekoml"la qarşılaşacaq.

 

Qarşılaşmanın çətin keçəcəyi gözləniləndi. Çünki ilk qarşılaşmada məğlub olan Parisinin yetirmələrinin bu oyunda qalibiyyətdən başqa çıxış yolu yoxdur. Qələbə qazanacağı təqdirdə "Lokomotiv" finalın taleyini martın 30-da keçiriləcək həlledici matça daşımış olacaq. Məğlubiyyət halında isə üçüncülük uğrunda keçiriləcək oyunlarda iştirak edəcək.

 

Qeyd edək ki, reqlamentə əsasən 2 qələbə qazanan komanda həlledici mərhələyə vəsiqə qazanacaq. Ehtiyac olacağı halda, yarımfinal mərhələsinin üçüncü oyunları martın 30-da olacaq.

 

 

Yarımfinal mərhələsi

28 mart

 

II oyun

19:00. “Telekom” - “Lokomotiv”

 

I oyun

“Lokomotiv” - “Telekom” - 1:3 (16:25, 15:25, 25:20, 21:25)

Xəbərlər Paylaş