ÇL-ya son vəsiqə uğrunda mübarizəyə start verilir.

🕔2016-04-05 03:33:41

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında final mərhələsinə start veriləcək. CEV-in yeni qaydalarına əsasən qitənin ali turniri olan ÇL-na son vəsiqə və Superliqanın bürünc medalları uğrunda mübarizədə "Lokomotiv" bu il CEV kubokunda yarımfinala kimi irəliləyən "Azəryol"la qarşılaşacaq.

 

Yarımfinalda "Telekom"a məğlub olan Karlo Parisinin yetirmələr sezonu ən azından bürünc medalla bitirməyi qarşılarına məqsəd qoyub. Mütəxəssislərdə cütün favoritini "dəmiryolçuları" hesab edir.

 

Qeyd edək ki, bürünc və qızıl medallar uğrunda seriya 3 qələbəyədək davam edəcək. Ehtiyac olacağı halda əlavə matçlar da oynanılacaq.

 

 

Final mərhələsi

5 aprel

I oyun

 

Üçüncü yer uğrunda

16:00. “Azəryol” - “Lokomotiv”

Xəbərlər Paylaş