Sensassiya baş vermədi.

🕔2016-04-05 10:09:31

 

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında final mərhələsinə start verilib. Üçüncü yer uğrunda mübarizədə "Lokomotiv" bu ilin sürpriz komandası "Azəryol"la qarşılaşıb. Oyun gözlənildiyi kim "dəmiryolçuların" asan qələbəsiylə başa çatıb - 3:0.

 

İlk setdən üstün oyun nümayiş etdirən Karlo Parisinin yetirmələri oyunu rahat şəkildə qələbəylə tamamlayaraq sensassiya imkan vermədi. 

 

Qeyd edək ki, bürünc və qızıl medallar uğrunda seriya 3 qələbəyədək davam edəcək. Ehtiyac olacağı halda əlavə matçlar da oynanılacaq.

 

Xatırladaq ki, növbəti görüş aprelin 7-i saat 16:00-da İdman Oyunları Sarayında start götürəcək.

 

 

Final mərhələsi

5 aprel

I oyun

 

Üçüncü yer uğrunda

“Azəryol” - “Lokomotiv” - 0:3 (16:25; 20:25; 23:25)

Xəbərlər Paylaş