"Lokomotiv" qələbə seriyasını davam etdirmək arzusunda.

🕔2016-04-07 02:09:24

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının final mərhələsində II oyunlar keçiriləcək. "Lokomotiv" ilk oyunda qələbə qazandığı "Azəryol"u sınağa çəkəcək.

 

İlk oyunda aşkar üstünlüklə qələbə çalan "dəmiryolçular" bu gündə qələbə qazanaraq ilk oyundakı qalibiyyətin təsadüfi olmadığını sübut etməyə çalışacaq. Gənc oyunçulardan qurulan Ziya Rəcəbovun yetirmələridə qələbə istəyiylə meydana cıxacağı və Parisinin "tələbələrinə" layiqli mübarizə göstərəcəyi şubhəsizdi. Bugün qələbə qazanacağı təqdirdə "Lokomotiv" bürünc medala bir addımda yaxınlaşmış olacaq.

 

Qeyd edək ki, bürünc və qızıl medallar uğrunda seriya 3 qələbəyədək davam edəcək. Ehtiyac olacağı halda əlavə matçlar da oynanılacaq.

 

 

Final mərhələsi

7 aprel

II oyun

 

Üçüncü yer uğrunda

16:00. “Lokomotiv” - “Azəryol”

I oyun: “Azəryol” - “Lokomotiv” - 0:3 (16:25; 20:25; 23:25)

Xəbərlər Paylaş