"Lokomotiv" bürüncə bir addımda yaxınlaşdı.

🕔2016-04-07 11:22:12

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının final mərhələsində II oyunlar keçirilib. "Lokomotiv" bürünc medal uğrunda mübarizədə "Azəryol"la qarşılaşıb. Oyun gözlənildiyi kimi gərgin və maraqlı mübarizə şəraitində keçib. Sonda sevinən tərəf "dəmiryolçular" olub - 3:2.

 

İlk setə uğurlu start verən Parisinin yetirmələri setin sonuna kimi üstün oyun nümayiş etdirərək seti aktivinə yazmış oldu. 

 

İkinci set isə Ziya Rəcəbovun yetirmələri "Lokomotiv"i üstələyə bildi.

 

Üçüncü set yene "Lokomotiv"in benefisiylə yadda qaldı hecabda geri düşmələrinə baxmayaraq Parisi oyunçularını qələbəyə kökləyə bildi.

 

Döedüncü set ikinci setin tekrarı oldu və setlərdə hesabı bərabərləşdirən "Azəryol" oyunun taleyini tay-brekə daşımış oldu.

 

Tay-brek gözlənildiyi kimi gərgin və maraqlı keçdi. Sonda sevinən tərəf isə yenə "dəmiryolçular oldu. Bu qələbə sayəsində "Lokomotiv" bürünc medal uğrunda seriyada 2-0 önə keçdi. 

 

Qeyd edək ki, bürünc və qızıl medallar uğrunda seriya 3 qələbəyədək davam edəcək. Ehtiyac olacağı halda əlavə matçlar da oynanılacaq.

 

Xatırladaq ki, növbəti oyun aprelin 9-da saat 16:00-da start götürəcək. "Lokomotiv" qələbə qazanacağı təqdirdə Superliqnın bürünc medallarına yiyələnmiş olacaq. 

 

 

Final mərhələsi

7 aprel

II oyun

 

Üçüncü yer uğrunda

“Lokomotiv” - “Azəryol” - 3:2 (25:16; 21:25; 25:20; 23:25, 15:11)

I oyun: “Azəryol” - “Lokomotiv” - 0:3 (16:25; 20:25; 23:25)

Xəbərlər Paylaş