Bürünc üçün son addım.

🕔2016-04-09 02:43:25

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının final mərhələsində IIl oyunlar keçiriləcək. "Lokomotiv" ilk iki oyunda qələbə qazandığı "Azəryol"u sınağa çəkəcək.

 

Seriyanın ilk iki oyununda qalib gələn "dəmiryolçular" bu dəfədə qalib gəlib bürüncə yiyələnmək arzusundadır. Ziya Rəcəbovun yetirmələri isə qalib gələrək seriyanı uzatmaq üçün əlindən gələni etməyə çalışacaq. Oyunun maraqlı və amansız mübarizə şəraitində keçəcəyi şübhəsizdi.

 

Qeyd edək ki, bürünc və qızıl medallar uğrunda seriya 3 qələbəyədək davam edəcək. Ehtiyac olacağı halda əlavə matçlar da oynanılacaq.

 

 

Final mərhələsi

9 aprel

IIl oyun

 

Üçüncü yer uğrunda

16:00. “Lokomotiv” - “Azəryol”

I oyun: “Azəryol” - “Lokomotiv” - 0:3 (16:25; 20:25; 23:25)

ll oyun: "Lokomotiv" -  "Azəryol" - 3:2 ( 25:16 ; 21:25 ; 25:20 ; 23:25 ; 15:11)
 

Xəbərlər Paylaş