"Lokomotiv" sezonu bürünc medalla başa vurdu.

🕔2016-04-09 17:01:38

Bu gün voleybol üzrə qadınlar arasında Super Liqada 2015/16 mövsümünə yekun vurulub. Bürünc medal uğrunda son oyunda "Lokomotiv" "Azəryol"la üz-üzə gəlib və gözlənildiyi kimi görüş "dəmiryolçuların" asan qələbəsiylə başa çatıb - 3:0.

 

Hər üç setdə müqavimətsiz qalib gələn Karlo Parisinin yetirmələri bu qələbə sayəsində seriyada qələbələrin sayını 3-ə çatdıraraq bürünc medala yiyələnib. Bununlada "Lokomotiv" tarixində 5-ci dəfə Superliqnın fəxri kürsüsündə yerini almış olub. Xatırladaq ki, Superliqa tarixində 3 dəfə gümüş medallara yiyələnən "dəmiryolçular" ikinci "bürüncünü" qazanmış oldu.

 

Çempionun taleyinə isə “Telekom”la “Azərreyl” arasında oyunda aydınlıq gəlib. İlk iki oyunda olduğu kimi, yenə rəqibinə qalib gələn “Azərreyl” tarixində ilk dəfə Azərbaycan çempionu adını qazanıb. Bununla da Bülənt Karslıoğlu komandasına qızıl, Zoran Qayiç isə gümüş medal qazandırıb.

 

 

Final mərhələsi

9 aprel

III oyun

 

Üçüncü yer uğrunda

Azəryol” - “Lokomotiv” - 0:3 (17:25, 21:25, 16:25)

I oyun: “Azəryol” - “Lokomotiv” - 0:3 (16:25; 20:25; 23:25)

II oyun:  “Lokomotiv” - “Azəryol” - 3:2 (25:16; 21:25; 25:20; 23:25, 15:11)

Xəbərlər Paylaş