Ayşən Əbdülzimova: ‘Məncə, komandada əsəs amil birlikdir. Birlik olmasa, ən güclü oyunçularla belə uduzmaq riski böyükdür.’

🕔2015-02-13 10:25:47

Ayşən Əbdülzimova

Ölkə: Azərbaycan

Doğum tarixi: 11.04.1993

Boyu: 1,84 sm

Klublar:  «Azərreyl» (Azərbaycan 2013/14), «Lokomotiv- Biləcər» (2011/13)

Voleybol oynamağa 12 yaşından başlamışam və o zamandan da ən böyük arzum milli komandaya düşmək idi. Valideyinlərim idmançı olduqlarına görə mənim də gələcək peşəm artıq uşaqlıqdan müəyyən olunmuşdu. Özümü başqa heç bir sahədə görmürəm. İdmançı olmaq isə öz seçimim olub.

Bu idman növünün unikallığı nədir Məncə bütün komanda oyunlarından ən inkişaf etmişi məhz voleyboldur. Uşaqlıqda həmişə televizorda bütün oyunları böyük maraqla izləyirdim. Ona görə valideynlərim mənim bu idmana gəlməyimə köməklik etdilər.

Sizin güclü və zəif tərəfləriniz hansılardır? Mənim güclü cəhətim mənim emosiyalarımdır, hiss elədiklərimdir. Oyunda emosiyalarım zəif olarsa, o zaman mənim oyunum alınmayacaq. Eyni zamanda emosiyalar həm də mənim zəif tərəfimdir. Amma öz hisslərimi idarə etməyə çalışıram.

Bacarsaydız hansı qaydanı dəyişərdiz? İmkanım olsaydı da belə,voleybolda heç bir qaydanı dəyişməzdim. Çünkü oyunun marağı məhz bundadır.

Uğurunuzu necə müəyyən edirsiz? Mənim ilk uğurum 18 yaşında Milliyə düşməyim oldu. Sonra Avropa və Dünya çempionatlarında iştirakım həmin uğurun mükəmməl davamı oldu. Əsas məsələ həmin yarışlara düşmək idi, düşəndən sonra isə bacardığım hər bir şeyi nüməyiş etdirmək idi.

‘Məncə, komandada əsəs amil birlikdir. Birlik olmasa, ən güclü oyunçularla belə uduzmaq riski böyükdür.’

İnsanlarda hansı xüsusiyyətlər sizdə güclü təəssürat yarada bilər? İnsanlarda məni çox az xüsusiyyətlər xoş təəssürat yarada bilər: insanlara etibar, güvən.Ən əsas məni təcübləndirə biləcək şey insanların heyvanlara olan münasibətidir. Əgər yol gedərkən kiminsə küçə itini və ya pişiyini bəsləyən birini görsəm çox təcüblənərəm və eyni zamanda da çox sevinərəm. Çünki  bizdə insanlar heyvanlara çox da yaxşı münasibət göstərmirlər.

Vacib oyundan əvvəl hansı sözlər sizi ilhamlandıra bilər? Oyunqabağı mənə hər zaman Faiq Qarayevin sözləri çox təsir edir və həvəsləndirir. Ümumiyyətlə, Faiq müəllim həmişə oyunçulara elə sözlər deyir ki, hamının gözləri işıq saçır.

Loko fanatlar? Keçən il Azerreyl-də oynayanda Loko fanatları hər zaman oyuna gəlib öz komandalarını dəstəkləyərkən, mən çox əsəbləşirdim. Çünki, əslində fanatlar oyunçulara çox güclü təsir göstərir. Həm öz pərəstiş etdiyi komandaya, həm də rəqibə. Psixoloji cəhətdən, fanatlar rəqibə çox mənfi təsir göstərə bilir. Yəni oyunda qalib olmağımızın müəyyən faizi prərəstişkarlarımızın sayəsində əldə olunur.  Loko fanatlarının dəstəyi mənə çox kömək edir və komandamıza lazımdır.

Reportaj Paylaş