Aleksandra Çrnçeviç: "Basketbol, karate, voleybol!"

🕔2015-02-18 03:32:46

Aleksandra Çrnçeviç

Ölkə: Serbiya

Doğum tarixi: 30.05.1987

Boyu: 183 sm

Klublar:  «Markopoulo» (Yunanıstan), «Olimpiacos» (Yunanıstan),  «Dinamo» (Rumıniya), «Hainaut Volley» (Fransa), «Pioneer Red Wings» (Yaponiya)

Basketbol, karate, voleybol!

Voleybola 12 yaşında gəlmişəm. Əslində voleybol oynamaq mənim planlarıma daxil deyildi, çünki mən basketbolçu olmaq istəyirdim. Lakin o zaman dostlarımın hamısı basketbolla məşğul olurdu. Həmin illərdə Serbiyanın (Yuqoslaviya) voleybol üzrə güclü Milli komandası var idi. Onların iştirakı ilə bütün oyunlara baxmağa gedirdim. Nəticədə isə dostlarımın hamısı mənim voleybola gəlməyimi tövsiyə etdi çünki mən öz yaşım üçün çox hündür və sümüklü idim. Həmçinin voleyboldan əvvəl mən karate ilə məşğul olurdum. 14 yaşındeykən mən ilk peşəkər müqaviləmə imza atdım. Lakin buna baxmayaraq mən universiteti bitirmişəm, Marketinq və Ticarət fakultəsini. İdman karyeramı başa vurduqdan sonra başqa sahələrdə də özümü sınamaq istərdim.

Bu idman növünün unikallığı nədir? Voleybol qadınlar üçün çox gözəl idman növüdür, o, bədəni formalaşdırır. Bütün oyunçular bir-birilərini oyunda tamamlamalıdırlar. Hamının bir məqsədi var. Üstəlik, voleybol insanın şəxsi inkişafına də köməklik edir.

‘Mənim güclü cəhətim odur ki, təbiətcən mən mübarizəçiyəm və heç vaxt təslim olmuram. Əgər hər-hansı qərar verirəmsə, məqsədimə çatmaq üçün 100% imkanlarımı hərəkətə gətirəcəm.’

Bacarsaydız hansı qaydanı dəyişərdiz?  Bu hakimlərə aiddir. Hərdən onlar oyunu həqiqətən poza və oyunçuları həvəsdan sala bilərlər. Çox vaxt hakimlərin buraxdığı səhvlər komandanın əhval-ruhiyyəsinə çox güclü təsir göstərir. Yaxşı olardı ki, oyun vaxtı hakimlərin işinə hər zaman nəzarət edən olsun ki, xoşagəlməz hallar baş verməsin.

Uğur sizin üçün nə deməkdir? Uğur əldə etmək üçün çox çalışmaq lazımdır, ki həyatınızın digər sahələri də uğurlu olsun. Məsələn, mən universiteti bitirdiyim üçün özümü çox uğurlu sayıram. Adətən idmançılar ali məktəbdə oxumaqda çətinlik çəkirlər, çünki çoxlu məşqlərə görə təhsil almağa vaxtları olmur. Özüm üçün qərar verdim ki, sadəcə yaxşı idmançı olmaq kifayət deyil. Hamıya əsl təhsil lazımdır!

‘”Lokomotiv”də mən özümü çox xoşbəxt və razı hiss edirəm. Azərbaycan liqası çox güclüdür və yüksək səviyyəli oyunçulara malikdir. Bizim komanda mövsümü çox uğurlu başlayıb və indi biz klubumuzun yeni tarixini yazırıq!’ 

‘Bu ölkəni nə qədər çox tanıyıramsa, o qədər də Azərbaycan və Serb xalqlarının oxşarlığının sübutunu tapıram. Buradakı insanların təfəkkürü Balkan təfəkkürünə çox bənzəyir. Bir çox cəhətlərimiz oxşardır. Və bu mənim çox xoşuma gəlir. Biz bir-birimizi çox asanlıqla anlayırıq.’ 

 

Necə insansız? Ünsiyyəti çox sevirəm. Həmişə gülərüzəm, xoşbəxt olmağı sevirəm. Həyatın hər anından zövq almağa çalışıram. Ünsiyyət üçün açıq insanam.

‘Loko’ fanatlar? Həqiqətən onlara çox heyranam. Onlar çoxdur və bizə hər zaman dəstək olurlar. Hesab edirəm ki, fanatlar oyun meydançasında yeddinci oyunçudurlar. Onlar bizim üçün çox böyk iş görürlər. Ümidvaram ki, önların gözləntilərini doğrultmaq üçün həmişə qələbə əldə edəcəyik.

Reportaj Paylaş